"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səbail bələdiyyəsində “Konstitusiya günü” münasibətiylə tədbir keçirilib

--2018-11-12 / 07:39

 Səbail bələdiyyəsində “Konstitusiya günü” münasibətiylə tədbir keçirilib.

Bu barədə məlumat Səbail bələdiyyəsindən daxil olub. Məlumatda bildirlir ki, bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilən görüşdə çıxış edən sədr Firdövsi Cəbrayılov bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Kostitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Ulu öndər  Heydər əliyevin rəhbərliyi ilə xususi komissiya yaradılıb, Konstitusiya layihəsi ümümxalq müzakirəsinə çıxarılıb. 1996-cı il fevralın 6-dadər Ulu öndər Heydər əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

 Konstitusiyamızda yerli özünüidarəetmə haqqında bölmə də öz əksini tapıb.

Sədrin sözlərinə görə, hər bir xalqın həyatında ən mühüm sənəd konstitusiya hesab olunur. Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstiusiyalardan biridir ki, dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib.

Tədbirdə məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

 Qeyd edək ki, Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Belediyye.info

 

ŞƏRHLƏR